Xəstəxanalarımızda tibb işçilərinin sayı ilə bağlı hər hansı çatışmazlıq və ya problem yoxdur.
Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, may aylarında tibbi personalın sayı azaldılsa da, yoluxma sayı artdığı üçün onlar yenidən COVİD-19-la mübarizəyə cəlb olunublar:
“Təxminən may aylarında xəstə sayı azaldığı üçün tibb işçilərinin də sayı azaldılırdı. Amma yoluxma sayının artması və modul tipli xəstəxanaların açılması səbəbindən tibb işçiləri yenidən dəvət olunur. Bu, təbii prosesdir. Tibb işçiləri qruplara bölünüb, növbəli şəkildə işlərinə davam edirlər. Hesab edirəm ki, hazırda kifayət qədər tibbi personal və boş xəstəxanalarımız var. Ötən ilin oktyabr-noyabr aylarında aktiv xəstə sayı 60 mini ötmüşdü. Bizim hələ o zamanlar da tibbi personal cəhətdən çatışmazlığımız yox idi. Ehtiyatda xeyli sayda həkimlərimiz var idi”.