Fransa Birinci Futbol Liqası komandalarından olan Paris Saint-Germain (PSJ) səfərdə "Olympique Lion"u 2-1 məğlub edib.
Metbuat.az xəbər verir ki, matçın ilk hissəsi qolsuz bitib. Belə ki, Lionel Messi oyunun 32 -ci dəqiqəsində cərimə meydançasında qol mövqeyindən yararlana bilməyib. Matçın 37 -ci dəqiqəsində isə Messinin topu dirəyə dəyərək çölə çıxıb.
İlk dəfə öz azarkeşləri qarşısında oynayan Messi 76 dəqiqə meydanda qala bilib. Onun yerinə meydana 76-cı dəqiqədə müdafiəçi Əşrəf Hakimi daxil olub. Məlumata görə, Messi əvəzləndikdən sonra məşqçi ilə əl sıxmayıb.
Oyunun 54-cü dəqiqəsində rəqib komanda PSJ-nin qapısından qolu keçirə bilib. Neymar tezliklə penalti zərbəsini uğurla reallaşdıraraq hesabı bərabərləşdirib. Paris təmsilçisinin qələbə qolunu ikinci hissəyə əlavə edilmiş 3 dəqiqəlik vaxtda argentinalı Mauro İkardi vurub - 2:1.
Qeyd edək ki, bu Messinin Paris klubunun heyətində üçüncü oyunu olub. Argentinalı futbolçu hələlik qol vura bilməyib.