Lerikdə şəhid ailələri ziyarət edilib -

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının layihəsi əsasında Məhərrəm ayı münasibətilə Vətən Müharibəsi şəhidlərinin doğum günlərində onların ailələrinin ziyarəti davam edir.

Metbuat.az xəbər verir ki, layihə çərçivəsində sentyabrın 14-də Lerik rayonunda şəhidlərimiz Çingiz Babayev, Cavad Hüseynov, sentyabrın 17-də isə Şahin Tahirlinin ailəsi ilə görüş keçirilib, Qurani-Kərim və hədiyyələr təqdim edilib. Şəhidlərimizin xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı İsgəndər Tahirli, Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Lerik rayonu Mondigah kənd məscidi dini icmasının sədri və imamı Mədət Abdullayev, Rvarud kənd məscidi dini icmasının sədri İlqar Babayev, Çayrud kənd məscidi dini icmasının sədri Samir Kelbiyev iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR