Fransanın "Paris Saint - Germain" (PSJ) klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb.
Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Messi son oynundan sonra sol dizindən zədə alıb. Belə ki, o, 48 saatdan sonra yenə də müayinə olunacaq.
Məhz buna görə, təcrübəli hücumçu VII turun “Mets”lə qarşılaşmasını buraxacaq. Bu görüş sentyabrın 22-də keçiriləcək.
Qeyd edək ki, Messi PSJ - "Olympique Lion" ilə olan son oyununda 76-cı dəqiqədə əvəzlənmişdi.