Azərbaycan sülhə dəvət etsə də, Ermənistan adekvat cavab vermir -

“Cənab Prezident İlham Əliyevin BMT-də söylədiyi giriş nitqi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, bölgədə Azərbaycanın yaratdığı yeni reallığa bütün dünya ölkələrinin o cümlədən beynəlxalq təşkilatların hörmətlə yanaşması, artıq köhnə terminlərdən istifadələri kənara tullanması və bölgədə sülhün əmin-amanlığın təmin etmək üçün birgə səylərin göstərilməsi baxımından ciddi mesajlar vermiş oldu”.

Bu açıqlamanı Metbuat.az-a millət vəkili Cavid Osmanov edib. Deputat bildirdi ki, ölkə prezidenti Cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunaraq qlobal mesajlar verdi. Cənab Prezidentimizin çağırışlarında dünyada hər bir məsələyə ədalətlə yanaşmanın, qarşılıqlı əməkdaşlığın o cümlədən sülh üzərində qurulmuş münasibətlər var idi.


“Prezident İlham Əliyev Covid-19 pandemiyası dövründə vaksin milliyyətçiliyin aradan qaldırılması, həmçinin virusdan dünya ölkələrinə dəymiş ziyanın həlli istiqamətində atılmalı olan addımlar haqqında çıxış edərək,ciddi işlərin həyata keçirilməsinin vacibliyini vurğuladı. Eyni zamanda ölkə prezidenti İlham Əliyev bildirdi ki, Ermənistan təcavüzkar siyasəti nəticəsində otuz il müddətində Azərbaycan torpaqlarını işğala məruz qoymaqla kifayətlənməyib bugün də xalqımıza qarşı terror həyata keçirərək mina xəritələrini Azərbaycana təqdim etmir. Məhz 30 il işğal dövründə BMT-nin dörd qətnaməsinin icrası kağız üzərində qalaraq Ermənistana heç bir təzyiq göstərilməyib. Xüsusilə vurğulamaq lazımdır ki, məhz Azərbaycan ilk dəfə olaraq dörd qətnamənin icrasını öz gücü ilə təmin edərək, işğalda olan torpaqlarını azad edib”.

Cavid Osmanov qeyd etdi ki, ölkə başçısının çıxışlarında Ermənistanın işğal dövründə törətdiyi vandallıq, xüsusən də müharibədən sonra Qarabağda həyata keçirdikləri vəhşilik xüsusilə vurğulandı.

“Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. İlham Əliyev bütün bunların fonunda Ermənistana heç bir təzyiqin göstərilməməsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıraraq bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə sülhün əmin amanlığı həyata keçirmək üçün yeni reallığa uyğun çağırışlar etmişdir. Təəssüf ki, Ermənistanda bu günə kimi də bu çağırışlara adekvat cavab vermir. Düşünürəm ki, Azərbaycan Prezidenti birmənalı şəkildə bütün dünya dövlətlərinin diqqətinə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünə, eyni zamanda Azərbaycan xalqının təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olacağı təqdirdə Azərbaycan çəkinmədən özünü müdafiə edəcəkdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR