UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Paris Saint-Germain" (PSJ) "Mançester Siti"ni qəbul edib.
Metbuat.az xəbər verir ki, qarşılaşma ulduz fubolçu Lionel Messinin 8 və 74-cü dəqiqədə vurduğu qolların hesabına PSJ-nin qələbəsi ilə bitib. Bu hesabla PSJ xal cədvəlində birinci yerdə, "Mançester Siti" isə 3 -cü yerdə qərarlaşıb.
Qeyd edək ki, bununla da argentinalı futbolçu PSJ -də ilk qolunu vurub.