"Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşümüz baş tutdu".
Metbuat.az-ın xəbərinə görə, bunu “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev tvitter hesabında yazıb.
O bildirib ki, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin təşkilatçılığı ilə keçirilib.
T.Gəncəliyev deyib ki, görüşdə post-münaqişə dövrünə aid məsələlər müzakirə edilib.