Serbiya və Azərbaycan milli komandaları arasında futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu keçiriləcək.
Metbuat.az xəbər verir ki, matçı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erik Lambrextsə Rien Vanizer və Jo De Vayrdt yan xətt, Natan Verboomen dördüncü hakim, Laurens Visser VAR hakimi, Conatan Lando VAR hakiminin köməkçisi qismində yardımçı olacaq. Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Belqraddakı Rayko Mitiç ("Marakana") stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Erik Lambrexts