Müdafiə sənayesi naziri Mədət Quliyev "Partner-2021” sərgisi çərçivəsində

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 11-14 oktyabr tarixlərində Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiya Respublikasında səfərdədir.

Metbuat.az xəbər verir ki, “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və.s nümayiş etdirilir.

Sərginin ilk günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiya Respublikasının müdafiə naziri Nebojsa Stefanoviçlə görüşü baş tutub. Görüş zamanı mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Höküməti və Serbiya Respublikası Höküməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Səfər çərçivəsində Mədət Quliyevin “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri cənab Yuqoslav Petkoviç ilə də görüşü nəzərdə tutulub. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR