Türkiyə xəyal edilən gücü əldə edib -

“Türkiyə müharibələrdə xəyal edilən silahı ərsəyə gətirib”.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Le Figaro qəzetində yayımlanan məqalədə deyilir. Bildirilir ki, Türkiyə SİHA istehsalında çox böyük uğurlar əldə edib. Xəbərdə qeyd edilir ki, Türkiyənin istehsal etdiyi pilotsuz aparatlar qərbin istehsal etdiyi SİHA-lardan daha ucuz, Çinin istehsal etdiyi SİHA-lardan isə daha keyfiyyətlidir.

Xəbərdə həmçinin Türkiyənin Ərdoğanın rəhbərliyi ilə xarici siyasətdə geniş coğrafiyaya yayıldığı diqqətə çatdırılıb. Ərdoğanın hazırda davam edən Afrika səfəri təhlil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR