İnternetdə kirayə ev axtaran 25 yaşlı qız, mənzildəki şəraitlə tanış olmaq üçün onun sahibi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, evə gedən qız şok hadisə ilə üzləşib. İddialara görə, qız görüş zamanı öskürməyə başlayıb. Ev sahibi isə öskürəyin qarşısını alacağını irəli sürərək qıza içki təklif edib. İddialara görə, o, qızın içkisinə narkotik tərkibli yuxu dərmanı qatıb. Qız içkini qəbul edəndən sonra yatıb. Ardınca ev sahibi 25 yaşlı qıza təcavüz edib. Səhər yuxudan ayılanda üzərində təcavüz izlərini müşahidə edən qız, polisə şikayət edib.

Hadisə Avstraliyada baş verib. Polis əslən Perudan olan şübhəlini axtarır.