x
Loading...

Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını ASANLAŞDIRDI

Azərbaycanın peyvənd olunmamış vətəndaşları Gürcüstana yalnız mənfi PCR test nəticəsi ilə daxil ola bilər.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, QırğızıstanTürkmənistan vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.

Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir. Gürcüstana səfərdən üç gün sonra peyvənd olunmamış turistlər yenidən PCR test verməlidir, əks halda onlar 600 dollardan çox məbləğdə cərimələnəcək.

Qeyd edək ki, indiyə qədər Gürcüstana səfər edən şəxslər həm vaksinasiyadan keçməli, həm də mənfi PCR test nəticəsinə malik olmalı idilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR