Kavala çağırışının təşkilatçısı ABŞ-dır: KİV

“Osman Kavalanın sərbəst buraxılması barədə 10 ölkə səfirliyinin çağırışının təşkilatçısı Bayden adminstrasiyasıdır”.

Metbuat.az xəbər verir ki, bu barədə New York Times qəzeti iddia edib. İddialara çağırış mətni ABŞ tərəfindən hazırlanıb.

Qeyd edək ki, Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə insan haqları müdafiəçisi Osman Kavalanı azad etməyə çağıran 10 ölkənin, o cümlədən ABŞ-ın səfirlərini persona non-qrata elan etməyi tapşırıb.

Söhbət Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavaladan gedir.Həmin səfirlər bunlardır: ABŞ, Fransa, Almaniya, Kanada, Finlandiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç səfirləri.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR