​Misirdə 4 il əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edildi

Misirdə 4 il əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə prezident Əbdülfəttah əs-Sisi açıqlama verib. O ölkədə vəziyyət sabitləşdiyinə görə belə qərar qəbul etdiyini bildirib. Dövlət başçısı Sosial media hesabındakı yazılı açıqlamasında bildirib ki, xalq və hökumət birliyi sayəsində Misir sabitlik vadisinə çevirilib.

Qeyd edək ki, Misirdə törədilən terror aktlarından sonra ölkədə fövqəladə vəziyyət elan edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR