x
Loading...

Əliyev və Ərdoğan arasında əsas müzakirə mövzusu ZƏNGƏZUR DƏHLİZİDİR - AÇIQLAMA

"Bugünkü səfər 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalından azad edilmiş Füzuli şəhərində beynəlxalq aeroportun açılış mərasiminə həsr olunub, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək və bu görüş Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü tədbiri çərçivəsində baş tutacaq".

Bu açıqlamanı Metbuat.az-a politoloq Yeganə Hacıyeva edib. Müsahibimizin sözlərinə görə, texniki göstəricilərinə görə müxtəlif spektr daşınmaları nəzərdə tutan çoxfunksional Füzulidə aeroportun tikintisinə bu ilin 14 yanvar Türkiyə şirkətlərinin iştirakı ilə başlanılıb.


"Aeroportun zolağın uzunluğu 3 kilometr, eni 60 metrdir. Terminal 200 sərnişin üçün nəzərdə tutulub. Hava limanı Bakıdan 300 kilometr, Şuşadan 100 kilometr məsafədə yerləşir.

Bugünkü səfər çərçivəsində iki ölkə prezidenti Türkiyənin dəstəyilə Zəngilanda inşa olunacaq "ağıllı aqropark"ın təməlqoyma mərasimində də iştirak edəcək, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa yollarının çəkilişi üzrə işlərə start veriləcək. Türkiyə liderinin rəsmi qarşılanma mərasimi Birinci Ağalı kəndi ərazisində olacaq. Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan səfərindən gözləntilər ilə bağlı onu qeyd edim ki, regional və regionlar arası iqtisadi, təhlükəsizlik aspektlərinin dəyərləndirilməsi müzakirələri nəzərdə tutulub. Həmçinin baş tutan bu səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və əməkdaşlığın dərinləşdirilməsinə yönələn addımlar, bu addımların ardıcıllığı nəzərdən keçiriləcək. Görüşlər zamanı cari regional və beynəlxalq hadisələr barədə də fikir mübadiləsi aparılacaq, konkret olaraq Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya regionlar arası nəqliyyat layihələrinin məsələləri müzakirə olunacaq".

Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu -

Politoloq deyir ki, tərəflər arasında əsas diqqət ayrılacaq mövzu Zəngəzur dəhlizi ilə bağlıdır. Məsələ ondadır ki, iqtisadi layihə kimi Zəngəzur dəhlizi həm də Azərbaycana milli tarixi aspektdən mənəvi dəyər daşıyır.

"Regionun kommunikasiya imkanları üçün isə istər Azərbaycana, istər Türkiyə, istərsə də Rusiya üçün, həm də əlbəttə iqtisadi tərəfdaşlarımız üçün vacib bölgədir. Zəngəzur dəhlizinin quru, hava və dəmiryolu nəqliyyatının açılması Türkiyədən Naxçıvana, oradan isə Yaxın Şərq və ya əksinə, Mərkəzi Asiya regionlarına daha səmərəli yolun olması deməkdir. Bu yoldan kommunikasiya xətti kimi istifadə edən tərəfdaşlarımız üçün də daşınmalarda vaxt və qiymət baxımından vacib bir layihədir və onlar da bu xəttdən istifadə etməkdə maraqlıdırlar. Məsələ ondadır ki, ilkin razılaşmalarda kommunikasiya xəttlərinin təhlükəsizliyi və nəzarəti Rusiyanın öhdəliyi və məsuliyyəti kimi razılaşma var. Amma məsələ ondadır ki, Rusiyanın Laçın dəhlizi ilə daşınmalarda məsuliyyəsizliyi, çirkli daşınmalar, nömrələrlə bağlı manipulyasiyalarda diqqətsizlik onu belə məsələlərdə az etibar ediləcək tərəf kimi tanıdır. Rusiyada iqtisadi və müdafiə sahələrində üstünlük təşkil edən erməni lobbisi bu imkanları yenə öz çirkli daşınmaları üçün istifadə edəcəyi haqqında ehtimallara əsas verir. Unutmayaq ki, Rusiyadakı erməni lobbisinin görkəmli simalarının adları daha öncə də Qarabagda həyata keçirilən çirkli daşınmalarda hallanmışdır".

Yeganə Hacıyeva qeyd etdi ki, Azərbaycan bu şəbəkənin Rusiyanın Azərbaycanla, Türkiyənin Rusiya ilə münasibətlərinin korlanması istiqamətində sistemli fəaliyyətini izləməkdədir. Bir sözlə dəhlizin nəzarət məsələləri, daşnmaların təhlükəsizliyi mövzusu yenidən müzakirə olunmalı mövzulardan biridir. Politoloq onu da bildirdi ki, qarşıdakı 20 gündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iki görüş nəzərdə tutulub. Onlardan birincisi, bu gün oktyabrın 26-da Qarabağda baş tutur. İkinci görüş isə noyabrın 12-də isə İstanbulda keçiriləcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR