Sərnişinin bağlamasını açan polis İNANMADI -

Üç canavarı Nepala "Borispol" hava limanından aparmağa cəhd edilib.

Metbuat.az Ukrayna mediasına istinadla bildirir ki, ölkənin Dövlət Gömrük Xidmətinin məlumatıma görə, heyvanlar sənəddə Sibir “Layka” cinsindən olan itlər kimi göstərilib. Ümumi dəyərləri 15 min qrivna olub.

“İtlər" onlara xas olmayan səslər çıxarırdılar. Onların hamısı hürmürdülər, ulayırdılar. Bəli, görünüşü ilə heyvanlar heç də “Layka” cinsinə bənzəmirdilər və canavarların bütün əlamətləri var idi”, - gömrükçülər deyiblər.

Göndərənin canavarları aparmaq hüququ üçün sənədləri olmayıb. Heyvanlar götürülərək Xarkovdakı “Feldman Ekoparkı”na göndərilib. / lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR