Konqo Demokratik Respublikasındakı Kivu gölündə həddindən artıq yüklənmiş, 120 sərnişini olan qayıq batıb.

Metbuat.az xəbər verir ki, nəticədə ən azı 10 nəfər ölüb, 50-yə yaxın insan isə itkin düşüb.

Qayıq ərazidəki bazardan gələn sərnişinləri apararkən baş verib.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.