Messi Lev Yaşini geridə qoydu

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi keçmiş SSRİ yığmasının mərhum qapıçısı Lev Yaşini geridə qoyub.

Metbuat.az xəbər verir ki, argentinalı futbolçu buna 7-ci dəfə "Qızıl top"u qazanmaqla nail olub. Belə ki, təcrübəli forvard 34 yaş 158-ci günündə nüfuzlu mükafata sahib çıxıb. Yaşin 1963-cü ildə 34 yaş 56 günündə "Qızıl top" qazanıb. Bununla da Messi "Qızıl top"u qazanan ikinci ən yaşlı futbolçu olub.

Qeyd edək ki, mükafatın ən yaşlı sahibi hələlik ingiltərəli Stenli Metyuzdur. Hücumçu 41 yaş 321 gündə bunu bacarıb. O, "Qızıl Top"u qazanan ilk oyunçudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR