İslandiyanın paytaxtı Reykyavikdə ABŞ səfirliyinin binasının yaxınlığında partlayıcı qurğu tapılıb.
Metbuat.az xəbər verir ki, partlayıcı qurğu səfirliyin yaxınlığındakı məişət toplantılarının olduğu yeşikdə tapılıb. Hadisə ilə bağlı 3 nəfər nəzarətə götürülüb. Məlumata görə, partlayıcı qurğu kustar üsulla düzəldilib.Onun təsiri barədə məlumat verilmir. Hadisə barədə araşdırmalar davam edir.