Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçdə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Metbuat.az xəbər verir ki, görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci ilası çərçivəsində baş tutub.

Çavuşoğlu isveçli həmkarı Ann Linde, Finlandiya, Lüksemburq, Qırğızıstanın XİN rəhbərləri ilə də görüşüb.