Pentaqon rəhbəri “Facebook”da (FOTO)

Pentaqon rəhbəri “Facebook”da (FOTO)
04:51 30 May 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları (ABŞ) müdafiə naziri sosial şəbəkəyə qoşulub.

ANS PRESS-in məlumatına görə, 60 yaşlı Pentaqon rəhbəri Eşton Karter “Facebook” sosial şəbəkə saytında hesab açaraq istifadəçiləri salamlayıb.

“Salam. Mən Eşəm – müdafiə naziri. <...> Vəzifəyə təyin ediləndən 100 gün sonra bu səhifəni açdım. İndi burada xalqımızla ünsiyyət qura biləcəyəm. Gəlin müzakirəyə başlayaq”, – deyə o, ilk postunda bildirib.

“Facebook” isə öz növbəsində ordu rəhbərinin səhifəsinin rəsmi olduğunu amvi rəngli simvolla təsdiqləyib.

Qeyd edək ki, Pentaqon rəhbəri Eşton Karter bu ilin ilk rübündə Çak Heygelin yerinə vəzifəyə gəlib. Senatda 100 nəfərdən 80-ni onun lehinə səs vermişdi. İxtisasca fizik olan E. Karter ABŞ-ın milli təhlükəsizlik sahəsində yaxşı tanınan siyasi fiqurdur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR