x
Loading...

Narkoloji Mərkəzdə qeydiyyatda olan şəxslərin sayı AÇIQLANDI: 618 nəfəri qadındır

Hazırda ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu günədək 33 788 nəfər qeydiyyatdadır. Onlardan 618 nəfəri qadınlardır, qalanları isə kişilərdir:

"Yaş qruplarına gəlincə, 15-17 yaşa arası 9 nəfər, 18-24 yaş arası 2 242 nəfər, 25-29 yaşarası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir . 2723 nəfəri isə qeydiyyatdan çıxarılıb".

Orxan Cəfərov bildirib ki, narkotik istifadəçilərinin sayı son günlər artır:

"15-17 yaşlarında olanların sayı qeydiyyatda 9 nəfər olsa da, ola bilər ki, ölkə üzrə bu rəqəm daha da çoxdur. Çoxu müalicədən, qeydiyyatdan yayınır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR