Mariana Vasileva yeni vəzifəyə seçilib

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisində qərar qəbul edilib.

Qeyd edək ki, iclasda həmçinin Prezident İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR