“İndi işimə qarışan yoxdur, istədiyimi edirəm”

“İndi işimə qarışan yoxdur, istədiyimi edirəm”
10:41 30 May 2015
87 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli model Çağla Şikel “Seninle” dərgisinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, uşaqlarından danışan model boşanmasına rəğmən, özünü xoşbəxt hiss etdiyini deyib:

“Hərdən deyirəm, Allahım, mən niyə bu qədər xoşbəxtəm. Həyatımda ən dərin yara atamın ölümüdür. Evə gec gələndə həmişə məni danlayırdı. İndi deyirəm, kaş sağ olardı, yenə mübahisələrimiz düşərdi. Bu səbəbdən düşünürəm ki, ölüm olmadığı, sevdiklərinin yaşadığını gördüyün müddətdə heç nəyi özünə dərd etməməlisən”.

Çağla 2 uşaq anası olsa da, burnunu deşdirib sırğa taxmasını ona irad tutanlara cavab verib:

“Mən ruhən hələ uşağam və böyümək istəmirəm. Ana olmuşam deyə istədiyimi edə bilməyəcəm? Vaxtilə etmək istəyib edə bilmədiklərimi indi həyata keçirirəm. İndi sərbəstəm, işimə qarışan yoxdur. İstədiyimi edirəm. Uğur qazanmış, uşaqları olan xoşbəxt anayam. Heç nə istədiyimi etməyə mənə mane ola bilməz”.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=31292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR