Tibb bacılarının ŞOK ƏMƏLLƏRİ üzə çıxdı: Əvvəlcədən razılaşdıqları şəxslərlə... - Sertifikat qalmaqalı /

İtaliyanın Siciliya bölgəsində peyvəndə qarşı çıxan şəxslərin tibb bacıları və həkimlərlə gizli əməkdaşlıq etdiyi üzə çıxıb.

Metbuat.az xəbər verir ki, peyvənd sertifikatı almaq məcburiyyətində qalan şəxslərin tibb bacılarına pul ödəyərək, saxta sənədlər aldığı məlum olub. Belə ki, onlar peyvənd məntəqələrinə gələrək, əvvəlcədən razılaşdıqları tibb bacılarına yaxınlaşıblar.

Tibb bacıları isə peyvəndi şprisə doldursa da, tətbiq edilən anda peyvəndi kənara boşaldırmış. Hadisə ilə bağlı bir neçə şübhəli saxlanılıb.

Qeyd edək ki, İtaliyada bəzi peşə sahibləri işinə davam edə bilməsi üçün mütləq peyvənd sertifikatı almalıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR