Qoxu hissini itirən zaman nə etməliyik? -

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa koronavirus infeksiyasına yoluxma zamanı qoxu itkisini ev şəraitində bərpa etmək üçün tövsiyələr verib.

Metbuat.az xəbər verir ki, mütəxəssis-ekspertin sözlərinə görə, insan yemək qoxusunu hiss etmirsə, onun burnuna kəskin iyli ətirlər yaxınlaşdırıb iylədilməlidir.

"Əgər insan yemək qoxusunu hiss etmirsə, o halda onun burnuna kəskin iyli ətirlər yaxınlaşdırıb iylədilir. Əgər bu da effekt vermirsə, onda ən təsirli olan üsul, yəni naşatır spirti istifadə olunur.

İnsanlar bəzən qoxu hissinin itməsi ilə üzləşəndə təşvişə düşürlər. Bu halda bəziləri panikaya düşərək qoxubilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, bu da burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Sizin onlara tövsiyənizi bilmək istərdik. Belə vəziyyətdə tövsiyəm odur ki, qoxu reseptorları oyatmaq üçün tərkibi müalicəvi otlar olan “Composor 16” və “Sinusol” spreylərindən, ya da el arasında "Vyetnam mazı" adlanan müalicəvi maye balzamdan istifadə etsinlər".

Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ABŞ alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxu hissi itən insanlara qoxu məşqləri tövsiyə olunur: “Qoxu məşqləri burun reseptorlarını məşq etməyə və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, onda burada selikli epitel qişasında, qoxu reseptorlarında zədələnmə mövcuddur. Bu vəziyyətdə bir aylıq vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR