Əvvəllər məhkum olan şəxs oğurluq edib

Sabirabad rayonunda içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki evlərin birindəki seyfdən 2 000 manat pul və 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Rüstəmli kənd sakini, əvvəllər məhkum olunmuş B.Nağıyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR