Bakı-Şamaxı yolunda qəza: ölən var

09:22 19 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, dərhal hadisə yerinə  müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Niva" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həlak olub.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyidi çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 07:44-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR