NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Metbuat.az bu barədə TASS-a istinadən xəbər verir.

Nazirlər zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər.

Qeyd edək ki, NATO xarici işlər nazirlərinin videokonfrans formatında fövqəladə iclası keçirilib.