Ağdaşda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb

Ağdaş rayonunda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs müəyyən edilib.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Ramin Əfəndiyevin narkotik vasitənin təsiri altında olması ehtimal edildiyindən o, bölməyə gətirilib və müayinədən keçirilib.

Müayinənin də nəticəsinə əsasən, sürücünün marixuana qəbul edərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib.

R.Əfəndiyev barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR