"Legiya" Mahiri müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb -

Polşanın "Legiya" klubu hücumçusu, eyni zamanda millimizin üzvü Mahir Emreli ilə bağlı bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda Emrelinin müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu diqqətə çatdırılıb:

"Legiya" və Mahir Emreli arasındakı münasibətlərlə bağlı mətbuatdakı xəbərlərlə əlaqədar bildirmək istərdik ki, sözügedən futbolçunun klubla müqaviləsi var və klubumuzun oyunçusudur. Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib. Mahir Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Məxfiliyi və mahiyyəti nəzərə alaraq,danışıqların məzmununu və nəticələrini açıqlamayacağıq”.

Qeyd edək ki, millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir. Hətta “ Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR