KTMT sülhməramlıları Qazaxıstandan çıxdılar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlıları Qazaxıstanın Almatı şəhərini tərk ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb. Bildirilib ki, Ermənistandan və Tacikistandan olan hərbi bölmələr İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə bölgədən ayrılıblar. Qırğızıstan sülhməramlıları isə quru yolu ilə ölkələrinə qayıdıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR