Lavrov: Qərblə razılaşma olmasa Rusiya öz təhlükəsizliyini təmin edəcək

“Qərb ilə həyata keçirilən danışıqlar uğursuzluğa düçar olarsa, Rusiya öz təhlükəsizliyini təmin edəcək gücə sahibdir”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. Diplomat qərblə razılaşma olmayacağı təqdirdə Rusiyanın Çin ilə əməkdaşlığı daha da artırıb-artırmayacağı barədə suala belə cavab verib:

“Sizləri bir daha əmin etmək istəyirəm ki, hər vəziyyətdə Rusiya həm ölkənin təhlükəsizliyini həm də vətəndaşlarının hüquqlarını əmin formada qorumaq üçün gücə sahibdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR