Gəlinini öldürən qayınatadan tükürpədən SÖZLƏR - Cinayətin detalları / VİDEO

Ötən il Bakıda 32 yaşlı gəlini Banu Məhərrəmovanı xüsusi amansızlıqla qətlə yetirib meyitini zibil yeşiklərinə atan İdris Məhərrəmovun ilkin istintaqa verdiyi ifadəsi yayımlanıb.

Metbuat.az ARB-yə istinadən xəbər verir ki, istintaq gedişində hadisə yerində ifadənin yoxlanılması zamanı çəkilən videogörüntülər yayımlanıb.

Belə ki, İ.Məhərrəmov ifadəsində gəlinini necə doğradığını maneken üzərində detallı formada göstərərək izah edib. Bildirib ki, cəsəd sellofan torbalara yerləşmədiyindən onu daha çox hissəyə parçalayıb. Qayınata deyib ki, öləndən sonra gəlininin üz dərisini də soyub.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 27-i gecə saatlarında Nəsimi rayonu ərazisində zibil qutularından naməlum qadının doğranmış meyiti aşkarlanıb. Yanvarın 28-də məlum olub ki, həmin şəxs 32 yaşlı Banu Məhərrəmovadır. Onu 75 yaşlı qayınatası İdris Məhərrəmovun öldürdüyü məlum olub. Hadisə isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İdris Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, selofan və kisələrdə qonşu Nəsimi rayonuna apararaq zibil qabılarına atıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR