Ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib.

Metbuat.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov kollegiya iclasında deyib.

Nazir bildirib ki, bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir:

“Eyni zamanda, Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib”.