Milyarderlərin almaq istədiyi villa uğrunda mübarizə başladı: Evin baha olmasının İNANILMAZ SƏBƏBİ var -

İtaliyanın paytaxtı Romada yerləşən tarixi ev “Villa Aurora” hərrac yoluyla satışa çıxarılır.

Metbuat.az xəbər verir ki, evin başlanğıc qiymətinin 353 milyon dollar olacağı gözlənilir. Məlumata görə, hərraca milyarder Bill Geyts, Bruney sultanı və digər məşhur şəxslər qatılacaq. Bu səbəbdən evin bir neçə milyard dollara satılacağı gözlənilir. Bildirilir ki, mənzilin bu qədər baha olmasına səbəb villanın divarlarında Mikelancelo Merisi de Karavacco, Mikelancelo Buonarroti, Qverçino və digər rəssamların əsərlərinin olmasıdır.

Lakin evin qiymətinə daha çox dəyəri Mikelancelo Merisi de Karavacconun əsəri qatır. Çünki, Karavacconun günümüzə qədər gəlib çatan tək divar rəsmi bu evin tavanında yerləşir. 1597-cı ildə çəkilən divar rəsminin 310 milyon dollar dəyəri var. Villa vaxtilə Qədim Roma lideri Yuli Sezara aid olan ərazidə yerləşir.

Qeyd edək ki, villa Ludovisi ailəsinə məxsusdur. Miras mübahisəsinə görə, villa satışa çıxarılıb. Mədəniyyət Nazirliyi evin dövlət tərəfindən alınmasını tələb edib. Qanuna görə, hərracda müəyyən edilən qiyməti dövlət 60 gün ərzində ödəyərək evi ala bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR