Sərnişin avtobusu “KamAZ” çırpıldı:

Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR