Koronavirus kişilər üçün daha təhlükəlidir -

Peyvənd olunmaqdan boyun qaçıran kişilərin sağlamlıqlarında problemlər yarana bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Alimlərin "American Journal of Epidemiology"də dərc etdirdikləri məqalədə deyilir. Xəbərə görə, SARS-CoV-2-ə yoluxan kişilərin immun sisteminə və məhsuldarlığına ciddi təsir edir.

Bununla belə, 2003-cü il SARS və 2013-2014-cü MERS epidemiyalarından əldə edilən məlumatların təhlili də kişilərin qadınlara nisbətən daha yüksək ölüm riskinə malik olduğunu ortaya qoyub.

Lakin immun sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranan dağınıq skleroz və revmatizm kimi xəstəliklər qadınlarda daha çox olub. Tədqiqatçılar etiraf edirlər ki, bir sıra sosial-iqtisadi və davranış amilləri də bu ölüm faktına təsir etsə də, lakin əsas səbəb bioloji reaksiyalardır. Bununla mübarizədə peyvəndin tək çarə olduğunu qeyd edən alimlər peyvəndin uşağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini bildirərək peyvəndin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR