Qırğızıstan və Tacikistan sərhədində gərginlik davam edir.
Metbuat.az xəbər verir ki, tərəflər arasında atəşkəsin təmin edilməsi üçün planlaşdırılan danışıqlar baş tutmayıb. Qırğızıstan tərəfi danışıqların baş tutmamasına görə, tacik tərəfini ittiham edib. Bəzi mənbələr sərhəddə baş verən toqquşma nəticəsində ümumilikdə aralarında hərbçilərin də olduğu 15 nəfərin həlak olduğu barədə məlumatlar yayıb. Lakin rəsmi mənbələrdə 1 nəfərin həlak olduğu 17 nəfərin yaralandığı qeyd edilir.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Tərəflər arasında mübahisəli ərazilər var.