"Bəzilərimiz uşaqlıqdan yarım oluruq" -

Xəbər verdiyimiz kimi, Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyiti Culfa rayonunda yaşadığı evdə aşkar edilib.

Metbuat.az xəbər verir ki, mərhum 24 saat bundan öncə etdiyi paylaşımda bunları qeyd edib:

"Həyat əslində düşündüyümüz qədər asan deyildir. Çətindir yaşamaq. Bəzilərimiz böyüdükcə, bəzilərimiz uşaqlıqdan yarım oluruq. Yaxınlarımızı tanıyırıq, insanları tanıyırıq və tanıdıqımızların bəzisinə hörmət, bəzisinə də nifrət edirik, sevirik və bəzilərini tanıyıb onlardan uzaqlaşırıq, hətta bəzən də həyat alır onları əlimizdən. Amma insanın bu həyatda ən vacib hədiyyəsi zamandır. Çünki elə hamımızın həyatı keçici və dayanmayan zamandan ibarətdir. Hər şey başladığı kimi bir gündə bitir. Zaman ötdükcə acılara qatlanırsan, canın yanıre o heç sadəcə ürəyinin səsləri səni dəli edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR