Gənclər və idman naziri Çinə səfər edəcək

Gənclər və idman naziri Fərid Qayıbov Qış Olimpiya Oyunları səbəbilə Pekin şəhərinə səfər edəcək.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin Metbuat.az-a verdiyi məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiyadadakı çıxışlarını izləyəcək.

Xatırladaq ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR