Bakıda səfirin avtomobili qəzaya uğrayıb

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR