Məşhur şəxslərin olduğu təyyarə gölə düşdü -

İslandiyada baş verən təyyarə qəzası zamanı ölənlərin kimlikləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı 1-i pilot olmaqla 4 nəfər həyatını itirib. Ölənlər arasında məşhur amerikalı yutuber 22 yaşlı Coş Numan və 32 yaşlı belçikalı marketoloq Nikola Bellavia da var. Pilot isə tanınmış fotoqraf Haraldur Dieqodur. Ölən 4-cü şəxs isə 27 yaşlı Hollandiya vətəndaşıdır.

Məlumata görə, yüngül mühhərikli təyyarə paytaxt Reykyavikdən bir neçə kilometr məsafədəki gölə düşüb. Axtarış işlərinə minə qədər xilasedici cəlb edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR