Mağazadan pul oğurlayan şəxs tutulub

Zaqatala rayonu Qımır kəndi ərazisində yerləşən mağazadan gecə saatlarında oğurluq edilməsi ilə bağlı Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Muxax kənd sakini, 24 yaşlı Arif Aslanov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı 1150 manat pulun yarısını öz əyləncəsinə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə pulun qalan hissəsi isə saxlanılan şəxsin yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Arif Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR