"Günay İbrahimli çarpayını görüb şoka düşmüşdü" -

“Günay İbrahimli “Yeni ulduz”da olarkən Xalq Artisti Zülfiyyə Xanbabayevanın hansısa mahnısını ifa etməli idi. Ayrılıq səhnəsi idi. Çarpayı qoyduq, qalstuk və s... Səhnə belə idi ki, sevgilisi atıb gedib... Günay bu səhnəni görəndə şoka düşdü ki, bu məndə kompleks yarada bilər, başqa cür qəbul oluna bilər. Evdən icazə ala bilmərəm. Ona təkid etdik ki, bu bir insanın sevgi hekayəsidir, bədii tərəfdən baxmalısan. Amma maşallah Günay İbrahimli indi səhnəmizin ən cəsarətli müğənnilərindən biridir”.

Metbuat.az xəbər verir ki, bu sözləri "Üzə-düz" verilişinə qonaq olan MTV Azərbaycan kanalının bədii rəhbəri Səyavuş Hüseynli deyib. O, kanal barəsində yayılan əsassız şayiələrdən təəssüfləndirdiyini bildirib:

“Bildiyim qədəri ilə 3 ya 4 Hiss kimi özünü maraqlı şəkildə ifadə edən ifaçıları kanal əlini-qolunu bağlayıb efirə dəvət edib. İllərdir MTV Azərbaycanda gənclərin də klipləri yayımlanır, verilişlərə qonaq qismində dəvət edirlər. Sözün açığı mən bu barədə eşidəndə ki, Hiss kanal barədə post paylaşıb ki, guya onun hansısa klipinə kanal hansısa xalq artistinin göstərişi ilə qadağa qoyub? Çox təəccübləndim. Araşdırmadan kimisə ittiham etmək əvvəl təəccüb, sonra təəssüf hissi doğurur. Bu bir az da həyat, sənət təcrübəsindən irəli gəlir. Həmin günün səhərisi kanalın musiqi redaktorundan soruşdum ki, məgər biz Hissin kliplərini yayımlamırıq ki? Dedilər ki, həmin post paylaşan gün də 2 klipi efirə gedib. Sonra belə şayiə yayıldı ki, guya o Xalq artisti Röya Ayxandır! Hansı ki, Hissə qadağa qoyub guya... Fikirləşirsən ki, Röya Ayxan hara, Hiss hara?! Gənc və çox istedadlı xanımdır. Kanal hər zaman onu dəyərləndirib. Əgər belə bir şey eşidibsə, bunu kanaldan soruşmalı idi öncə. Bu ən azından etik cəhətdən doğru olardı”.

S.Hüseynli “Yeni ulduz 1”də iştirak edən xanımla evləndiyini açıqlayıb:

“Özüm də “Yeni ulduz 1”də iştirak edən Nigar xanımla ömür-gün yollarımı birləşdirdim. Yarışma bitən kimi bir müddət bizim şirkətdə çalışdı. Biz də orada daha yaxından tanış olduq, mən ona təklif, təkid etdim. Gülür. Bir müddət bir-birimizi tanıyandan sonra evlənməyə qərar verdik. Nigarın şansları olsa da, o oxumaq istəmədi. Özü belə qərar verdi. Ara-sıra seriallara çəkilir. MTV Azərbaycanda yayımlanan “Numerator” verilişinin aparıcılarından biridir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR