Mbappe qol sayında İbrahimoviçə çatıb

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Paris təmsilçisində vurduğu qolların sayına görə Zlatan İbrahimoviçə çatıb.

Metbuat.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Liqa 1-də "Sent Etyen"ə 3:1 hesabı ilə qalib gəldikləri XXVI tur oyununda dubla imza atıb.

İbrahimoviç və Mbappe PSJ-də 156 dəfə fərqləniblər. İsveçli forvard buna 180-ci, fransalı oyunçu isə 205-ci görüşündə nail olub.

Uruqvaylı Edinson Kavani hər iki hücumçudan daha çox qol vurub. O, 301 qarşılaşmada 200 qolla yadda qalıb.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. İbrahimoviç 2012 - 2016, Kavani isə 2013 - 2020-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR