Rus gəmilərinin Aİ limanlarına girişi

Avropa İttifaqı (Aİ) Rusiya gəmilərinin quruma üzv ölkələrin limanlarına girişinə qadağa qoyulmasını nəzərdən keçirə bilər.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli avropalı məmur bildirib.

“İnterfaks-Ukraina”nın məlumatına görə, bununla bağlı müzakirə bazar günü Avropa Şurasının Xarici Əlaqələr üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq.

"Bu (Aİ-yə üzv ölkələrin limanlarına giriş qadağası) növbəti addım kimi qiymətləndirilir. Baxacağıq. Düşünürəm ki, bu, bugünkü müzakirənin bir hissəsi olacaq", - məmur rəsmi görüşdən əvvəl deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR