Ukraynada 5 britaniyalı jurnalist yaralandı

Böyük Britaniyanın "Sky News” telekanalının 5 müxbiri Ukraynada yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat verib.

O, Rusiyanın azad mediaya təzyiqlərini qınayıb.

Bildirilib ki, reportyorların hərəkətdə olduqları avtomobilə atəş açılıb. Məlumata görə, onlara hücum edən Rusiyanın kəşfiyyat bölüyü olub.

Qeyd edək ki, daha əvvəl BBC, CNN və "Bloomberg" ölkədə fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını bildirmişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR