Rusiyanın bank kartları ancaq bu 7 ölkədə işləyəcək - SİYAHI

Xəbər verdiyimiz kimi, “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, sanksiyaya məruz qalan Rusiya Mərkəzi Bankı bundan sonra ölkə vətəndaşlarına xaricə nağd pul aparmağı tövsiyə edib.

Mərkəzi Bankın yaydığı məlumata görə, yerli sistemin kartları yalnız 7 ölkədə qəbul olunacaq:

“Rusiya bankları tərəfindən buraxılmış bütün “Visa” və “Mastercard” beynəlxalq ödəniş sistemləri kartları Rusiyada müddəti bitənə qədər adi qaydada fəaliyyətini davam etdirəcək. Onlar üzrə əməliyyatlar ölkə daxilində Milli Ödəniş Kartı Sistemində həyata keçirilir və sanksiyalar onlara təsir göstərmir. Xaricə səfər zamanı nağd pul və “Mir” kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bu gün bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır”.

Siyahıya qondarma Cənubi Osetiya və Abxaziyada da əlavə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR