Britaniya Ukraynaya 100 milyon dollar ayıracaq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ukraynaya kömək üçün əlavə 100 milyon dollar ayıracaq.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, Böyük Britaniya Rusiyanın əsassız və qeyri-qanuni işğalı nəticəsində yaranan maliyyə təzyiqini yumşaltmaq üçün birbaşa olaraq Ukraynanın dövlət büdcəsinə əlavə 100 milyon dollar ayırır.

Bu vəsaitlər dövlət sektoru işçilərinin maaşlarının ödənilməsi, sosial müdafiə şəbəkəsinin dəstəklənməsi və pensiyaların ödənilməsində yaranan çətinlikləri aradan qaldıra bilər.

Vəsait Dünya Bankı vasitəsilə təmin ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR